Rusiyada YENİ KƏŞF


Dünya 31 Avq 2019 17:36:00 242 0

Rusiyada YENİ KƏŞF

Alimlər Yakutiya, İrkutsk əyaləti və Zabaykalye sərhədində yerləşən Murun massivində tapılan daşı karltonitin F-analoqu kimi identifikasiya ediblər. Nadir karltonit mineralının dünyada yeganə Kanadada olan yatağı isə itirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyası (REA) Sibir bölməsinin "Sibirdə elm" nəşri yayıb.

"Ftorkarltoniti iki il bundan əvvəl Murun massivində xırda məmulat hazırlamaq üçün istifadə olunan nadir çaroit daşı yatağında tapılıb. Daha əvvəl bu yerlərdə rast gəlinməyən göy-mavi rəngli naməlum mineralı identifikasiya edilməsi üçün REA-nın Sibir bölməsinin Geokimya İnstitutuna veriblər. Toz halında rentgendifraksiya analizi müəyyən edib ki, bu, çox nadir, silikatlara aid və daha əvvəl yalnız bir yataqda - Kanadanın Sent-İler qələvi massivində hasil edilən (hazırda itirilib) mineraldır", - deyə məlumatda bildirilir.

Daşı REA-nın Sibir bölməsinin Geokimya İnstitutunun və İrkutsk Milli Tədqiqat Texniki Universitetinin alimləri aşkarlayıblar.

(adsgarden = window.adsgarden || []).push({});