Gənc gimnast: Nəhayət "qızıl" qazandım


Digərləri 31 Avq 2019 16:35:04 205 0

Gənc gimnast: Nəhayət "qızıl" qazandım

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatının “gənclər” yaş kateqoriyasında iplə hərəkətlərdə qalibi, gənc gimnast Lalə Qebəybəyova qələbəsinə çox sevinir.

Bakı. Cani Babayeva - Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatının “gənclər” yaş kateqoriyasında iplə hərəkətlərdə qalibi, gənc gimnast Lalə Qebəybəyova qələbəsinə çox sevinir. Bunu Trend-ə gimnast özü deyib. L.Qebəybəyova əlavə edib: "Nəhayət "qızıl" qazandım, qələbəmə çox sevinirəm. Məşqçimə minnətdaram və medalımı ona həsr edirəm. Bu mənim ilk böyük yarışmam deyil, amma həyəcanım var idi. Bəlkə bu, mənim hərkətlərimə təsir etdi, çünki ən yaxşı nəticəni göstərə bildim". Gənc gimnast vurğulayıb ki, çempionatın bütün finalçıları güclü idmançılar olduğundan mübarizə də asan keçməyib: "Bu gün tamaşaçılar arasında anam da var, onun dəstəyi mənim üçün çox vacibdir. Anam yanımda olanda, özümə inamım daha böyük olur". Xatırladaq ki, 29-31 avqust tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatı keçirilir