Yaponiyada satışa çıxarılan görünməz möhür yarım saata satılıb qurtardı


Digərləri 31 Avq 2019 15:18:00 229 0

Yaponiyada satışa çıxarılan görünməz möhür yarım saata satılıb qurtardı

Yaponiyada ictimai nəqliyyatda cinsi qısnamaya məruz qalanlara qarşı araşdırma xaraketerli möhürlər satışa çıxarılıb.

Son.az Bizimyol.info-ya istinadən bildirir ki, Yaponiya ictimai nəqliyyatında cinsi qısnamaya məruz qalanlar üçün satışa çıxarılan görünməz möhürlər yarım saatda bitib.

Gün işığında gözlə görünməyən mürəkkəbli möhürlər yalnız infraqırmızı işıq altında bilinir. Qısnama zamanı qarşı tərəfin əlinə çəkilən möhürü su ilə yuduqda təmizlənir.

Möhür Shachihata Inc. adlı şirkəti tərəfindən istehsal olunub. Şirkət sözçüsü Fumihiro Mukai CNN-ə verdiyi açıqlamada bildirib ki, möhürün yaranma fikri sosial şəbəkələrdə başlatdıqları bir kampaniya əsnasında meydana çıxıb. Sözçü bu qədər maraqla qarşılanacağını gözləmədiklərini bildirib.

(adsgarden = window.adsgarden || []).push({});