Amazon meşələrində meymun əti ilə qidalanan altıbarmaqlılar qəbiləsi


Dünya 31 Avq 2019 15:06:00 384 0

Amazon meşələrində meymun əti ilə qidalanan altıbarmaqlılar qəbiləsi

Xuaorani qəbiləsinin 4 min nəfər üzvü var.

Son.az Bizimyol.info-ya istinadən bildirir ki, Cənubi Ekvadorun cəngəlliklərində yaşayırlar. Meymun, qaban, ağaclardakı böcəklər, qurdlar və tutuquşu əti onlar üçün delikotes hesab olunur.Ovladıqları heyvanları od üzərində bişirib yeyirlər.

Ovçuluq alətləri ox, böyük qamış boruların ucundakı zəhərli iynələrdir ( üfürərək atəş açırlar). Çılpaq gəzirlər, nadir hallarda cinsi orqanlarının üstünə yarpaqdan hazırladıqları örtük vurular.Çılpaq gəzmək onlara daha rahatdır, çünki meymunların ardınca ağaclara dırmanmalarına paltar mane olur.

Ağaclara dırmanmaqdan ayaqları formasını dəyişib, bütün qəbilə insanlarının ayaqlarının altı düz, barmaqları çox qısa və eyni zamanda əl barmaqları kimi funksionaldır.Qəbilədə demək olar ki, hamı altıbarmaqlıdır.Dilləri heç bir başqa qəbilənin dilinə bənzəmir.Qadınlar bəzək üçün qulaqlarında böyük deşik açmağı sevirlər. Bu deşiklər o qədər böyükdür ki, içərisinə yumruq sığa bilir. Britaniyalı fotoqraf Pit Oksford bir müddət bu qəbilə ilə birlikdə yaşayaraq onların həyat tərzi ilə yaxından tanış olub. Pitin dediyinə görə, qəbilə insanları onu mehriban qarşılayıblar.

(adsgarden = window.adsgarden || []).push({});