Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatının iplə və topla hərəkətlərdə qaliblər mükafatlandırılıb (FOTO)


Digərləri 31 Avq 2019 14:11:00 232 0

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatının iplə və topla hərəkətlərdə qaliblər mükafatlandırılıb (FOTO)

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatının “gənclər” yaş kateqoriyasında iplə və topla hərəkətlərdə qaliblər müəyyənləşib.

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatının “gənclər” yaş kateqoriyasında iplə və topla hərəkətlərdə qalibləri müəyyənləşib. Trend-in məlumatına görə, qaliblərin mükafatlandırılması mərasimi keçirilib. İplə hərəkətlərdə birinci yerə Lalə Qebəybəyova, ikinci yerə Alina Gözəlova, üçüncü yerə Fidan Yusifzadə çıxıb. Hər üç gimnast "Ocaq Sport" klubunun təmsilçisidir. Topla hərəkətlərdə Alina Gözəlova birinci pilləyə qalxıb. Nigar Usubova ikinci, Zöhrə Paşayeva üçüncü olub. İdmançılar "Ocaq Sport" klubunun yetirmələridir. Xatırladaq ki, 29-31 avqust tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatı keçirilir