"Bu günə qədər ailə qurmamağımın səbəbi..." Günelin köhnə müsahibəsi


Şou-biznes 31 Avq 2019 12:15:00 229 0

"Bu günə qədər ailə qurmamağımın səbəbi..."  Günelin köhnə müsahibəsi

"Spase" telekanalında yayımlanan "Banu" verilişinin aparıcısı Günel Həsənzadənin bir müddət öncə verdiyi müsahibə sosial şəbəkələrdə müzakirəyə çıxarılıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, teleaparıcının şəxsi həyatı barədə verdiyi açıqlamalar xüsusən maraq doğurub. 

"Anamla tək yaşayıram. Atam yoxdur, 5 yaşımda anamla ayrıldılar. Bizi itirib. Yenidən görüşmək barədə fikrim yoxdur. Evimiz ikiotaqlı idi, atam başqa qadınla evlənib otağın birində, biz isə digərində qalırdıq. Düzdür, anamla həmin qadın dalaşmırdı, amma psixoloji gərginlik var idi. 3 uşağı oldu. Anamın və mənim halımı təsəvvür edin. Beşinci sinifdə oxuyana qədər o cür yaşamışıq. Bunlara baxmayaraq, mən pozitiv olmağa çalışıram. Atam gələndə qabağına qaçırdım, həyətdə uşaqlar deyirdi, onun üçün çırpınma, o sənin atan deyil. O biri bacıların atasıdır. Mən kişi olsaydım, qadınımı o evə gətirməzdim. Qoy incisin. Bu günə qədər ailə qurmamağımın səbəbi atamın mənə yaşatdığı psixoloji travmadır. Heç kimə güvənmirəm, hamıya dost, qardaş gözü ilə baxıram".

Əksər sosial şəbəkə istifadəçiləri Həsənzadənin ailə qurmamaq səbəbinə haqq qazandırdıqlarını yazıblar.