İran neftini müxtəlif yollarla satır


Digərləri 31 Avq 2019 10:06:46 203 0

İran neftini müxtəlif yollarla satır

İran öz neftini müxtəlif yollarla satır.

Bakı. Elnur Bağışov - İran öz neftini müxtəlif yollarla satır. Trend-in məlumatına görə, bunu İran parlamentinin enerji komissiyasının sözçüsü Səkinə Almasi deyib. S.Almasinin sözlərinə görə, hazırda bir barel neft İran brendi ilə satılmır. Almasi əlavə edib ki, İran buna görə çətin günlərdə onun yanında dayanan dostlarını unutmayacaq: "İranın əsaslı addımlarından biri neft məmulatlarının satışına doğru irəliləməkdir. İran öz neftini məmulata çevirərsə, asanlıqla onu sata bilər”. İran parlamentinin rəsmisi bildirib ki, Hərtərəfli Birgə Fəaliyyət Planının avropalı üzvləri İranın neft satışının asanlaşdırılması üçün addım atmalıdırlar.