ABŞ-da stadionda atışma olub, çox sayda yeniyetmə yaralanıb


Digərləri 31 Avq 2019 08:49:00 238 0

ABŞ-da stadionda atışma olub, çox sayda yeniyetmə yaralanıb

ABŞ-ın Mobil şəhərində (Alabama ştatı) "Ledd-Piblz" stadionunda atışma baş verib

Bakı. ABŞ-ın Mobil şəhərində (Alabama ştatı) "Ledd-Piblz" stadionunda atışma baş verib. Trend-in "NBC" telekanalına istinadən verdiyi məlumata görə, futbol matçından sonra baş verən atışma nəticəsində azı 10 nəfər yaralanıb. Bildirilir ki, yaralananlar 15-18 yaş arasında yeniyetmələr olub.