ABŞ İran tankerini sanksiyalar siyahısına əlavə edib


Dünya 31 Avq 2019 08:25:00 234 0

ABŞ İran tankerini sanksiyalar siyahısına əlavə edib

ABŞ İranın "Adrian Darya 1" tankerini sanksiyalar siyahısına daxil edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bundan əlavə, sanksiyalar siyahısına bu tankerin kapitanı da daxil edilib.

Nazirliyin məlumatına əsasən, tanker 2,1 milyard barrel İran nefti daşıyır və İslam İnqilabı Keşikçiləri Korpusu bu vəsaitlərdən yararlanır.