Bakıda avtomobil yanıb


Digərləri 31 Avq 2019 08:11:00 213 0

Bakıda avtomobil yanıb

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, şəhərin Nərimanov rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.