Cerard Batler "Bu Spartadır!" frazasının yaranması tarixçəsini bölüşüb


Digərləri 31 Avq 2019 05:30:00 278 0

Cerard Batler "Bu Spartadır!" frazasının yaranması tarixçəsini bölüşüb

ABŞ aktyoru Cerard Batler "300 spartalı" filmində sonralar memə çevrilmiş məşhur "Bu Spartadır!" frazasının necə yaranmasından danışıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Batler bildirib ki, ucadan deyilmiş bu sözlər onun improvizasiyası olub. Filmin rejissoru Zak Snayderin düşüncəsinə görə, Batlerin ifa etdiyi personaj - çar Leonid bu sözləri öz-özünə deməli idi. Aktyorun sözlərinə görə, dublların birində o, bu sözləri haray çəkərək deyib.

Batler etiraf edir ki, çəkiliş qrupundan heç kəs bunu gözləmirdi. Zak Snayder filmin final versiyasına məhz bu dublu daxil edib.

(adsgarden = window.adsgarden || []).push({});