Payızın ən dəbli kombinləri: çiçəkli don və çəkmə tandemi FOTO


Digərləri 31 Avq 2019 02:30:00 331 0

Payızın ən dəbli kombinləri: çiçəkli don və çəkmə tandemi  FOTO

Dəyişkən avqust ayı pıçıldayır ki, yağmurlu havalara hazırlıqlı olmağa dəyər, soyuqlar hər an qapıdan içəri girə bilər. Amma güllü donlarını çıxardıb yayı yola salmaq istəməyənlərə şad xəbərimiz var. Güllü donlarınızla vidalaşmağa tələsməyin. Onlar bir neçə ay sizə yoldaşlıq edə bilər. Amma bir şərtlə...

Son.az xəbər verir ki, güllü yay sarafanları ilə qısaboğaz çəkmələr sentyabrın ən dəbli stili olacaq. Kobud çəkmələr ayaqlarınızı soyuqdan qoruyacaq, güllü donlar isə yayın isti günəşini xatırladacaq. Beləliklə də yayın bir az romantik, bir az da bohem üslubu payızda da sizə yoldaşlıq edəcək.

70-cı illər küləyi

70-ci illərin bohem stilini yaratmaq üçün əlbəttə ki, çiçəkli paltarları dəri çəkmələrlə uzlaşdırın. Bu vintaj görüntünü daha təsirli etmək istəyirsinizsə, mövsümün trendi olan Viktorian və ya kovboy çəkmələrinə üstünlük verə bilərsiniz.

Punk

İpli paltar ilə çəkmələri birləşdirmək payız üçün möhtəşəm fikirdir. Slip donlar zərifliyinizi vurğulasa da, rahatlığınızı itirmək məcburiyyətində deyilsiniz. Dəri çəkmə və gödəkçələr isə punk stilinin əsas tamamlayacısı olacaq.

Bəyaz çəkmələr

Sentyabrın payız sərinliyi və yaz günəşinə hamımız tanışıq. Belə havalarda "Nə geyinim ki, həm soyuq, həm də isti olmasın" sualı hamımızı düşündürür. Bu sualın ən yaxşı cavabı ağ çəkmələrdir. Artıq illərdir ki, ağ krosovkalar qarderobun ən çox geyilən ayaqqabılardır. İndi onları bəyaz çəkmələrlə əvəz etməyin əsl vaxtıdır.

(adsgarden = window.adsgarden || []).push({});