Müctəhid və mərceyitəqlid sözləri eyni mənanı bildirir?


Digərləri 30 Avq 2019 23:40:00 206 0

Müctəhid və mərceyitəqlid sözləri eyni mənanı bildirir?

Müctəhid ictihada çatmış, yəni dini hökmləri öz mənbələrindən əsaslandırmaq qabiliyyəti əldə etmiş şəxsdir. Bir şəxs həm şəriətin bütün bölümlərində, həm də konkret mövzularda ictihada çata bilər. Şəxsin ictihadla əldə etdiyi qənaət onun özü üçün hüccətdir (qaneedici dəlildir), əgər başqası da bununla qane olarsa, onun ictihadına əməl edə bilər, yəni ona təqlid edə bilər. İctihada çatmayan şəxslərin təqlid etdikləri müctəhidlərə "mərceyi-təqlid" deyirlər, yəni təqlid üçün müraciət edilən alim. Hər müctəhid mərceyi-təqlid deyil, amma hər bir mərceyi-təqlid müctəhiddir.

(adsgarden = window.adsgarden || []).push({});