QuraniKərimin hər hansı ayəsinin hökmü sünnə vasitəsilə nəsx ola bilərmi?


Digərləri 30 Avq 2019 23:15:00 266 0

QuraniKərimin hər hansı ayəsinin hökmü sünnə vasitəsilə nəsx ola bilərmi?

Nəsxin, yəni hökmün ləğv olunub yeni bir hökmlə əvəz edilməsinin bir neçə növü vardır ki, onlardan biri də Quran ayəsinin hökmünün sünnə vasitəsilə nəsx olmasıdır. Quran ayəsinin hökmünün mütəvatir hədis vasitəsilə nəsx ola bilməsini əksər ailmlər qəbul etmişlər. Burada diqqət yetirilməli məsələ hədisin məhz mütəvatir olmasıdır, yəni müxtəlif zamanlarda müxtəlif fərqli ravilər tərəfindən rəvayət edilməsidir. Tək hədis (yəni vahid xəbər) Quranı nəsx edə bilməz. Mütəvatir hədisin ayəni nəsx edə bilməsini bir çox alimlər qəbul etmişlər, amma bəzi alimlər də buna qarşı çıxmışlar. Əhli-sünnə məzhəbində İmam Şafii, şiə məzhəbində Şeyx Müfid və Əllamə Əsgəri bunu qəbul etməmişlər. Belə bir halın nəzəri cəhətdən mümkün olmasını əksəriyyət qəbul etsə də, konkret misallara gəlincə, fikirlər fərqlənir. Bəzi alimlər sünnə tərəfindən ayənin hökmünün nəsx olduğuna misallar gətirmişlər (məsələn, Nisa surəsinin 15-ci ayəsindəki zinakarlarla bağlı hökm). Bəzi alimlərə görə isə belə bir hal nəzəri cəhətdən mümkün olsa da, həyatda baş verməmişdir.

(adsgarden = window.adsgarden || []).push({});