Namazı son vaxta qədər saxlamaq günahdır


Digərləri 30 Avq 2019 21:55:00 268 0

Namazı son vaxta qədər saxlamaq günahdır

İmam Zaman ağa (ə.f) buyurur: "Məlundur və nifrin olunmuşdur o kəs ki, sübh namazını bilərəkdən ulduzlar görünməz olana qədər təxirə salar".

Hədisin şərhi.

Bu cümlələr Muhəmməd ibn Yəquba verilmiş cavab məktubundandır. İmam (ə.f) bu məktubda namazı əvvəl vaxtda qılmağa çox təkid edir və sübh namazını son zamanına qədər təxirə salanlara nifrin olmaq barədə xəbərdarlıq edir.

Bu hədisdən belə nəticə çıxartmaq olur ki, namazın üç vaxtı vardır:

1. Fəzilətli vaxtı. Namazı əvvəl vaxtda qılmaqdır. Namaz üçün ən yaxşı zamandır.

a). Bu, o vaxtdır ki, Allah namazı o vaxtda qılmağı əmr etmişdir və Allahın bu əmrinə əhəmiyyət verib, onu tez yerinə yetirmək - bəyənilən əməllərdəndir.

b). Namaz əslində məhdud və ehtiyaclı olan biri varlığın məhdud olmayan Allahla rabitəsi və Ondan bəhrələnməsidir. Bu, əslində insanın xeyirinədir. Ona görə də nə qədər tez olarsa, bir o qədər yaxşıdır.

(adsgarden = window.adsgarden || []).push({});