Qüdsdə nəhəng yeraltı qəbiristanlıq inşa edilir


Dünya 30 Avq 2019 18:19:00 210 0

Qüdsdə nəhəng yeraltı qəbiristanlıq inşa edilir

Qüdsün yaxınlığındakı dağın altında nəhəng yeraltı qəbiristanlıq üçün 1,5 kilometrlik tunel inşa edilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, iş üç il ərzində aparılıb. Bildirilir ki, İsraildə dəfn üçün torpaq sahəsi artıq çatışmır. Bu səbəbdən də yeraltı qəbiristanlıqların inşasına qərar verilib.

8 min yer üçün nəzərdə tutulan bu qəbiristanlığın birinci hissənin açılışı 2019-cu ilin oktyabrına planlaşdırılıb. Qalan hissələrinin isə yaxın illərdə açılması nəzərdə tutulur.

Tunellərdə temperatur 23 dərəcədə saxlanılır. Bura Yaponiyanın kapsul otellərini xatırladır. Layihənin ümumi dəyəri 50 milyon dollardır və tunellər dağın bütün yeraltı ərazisinin yalnız 5%-ni əhatə edir.

(adsgarden = window.adsgarden || []).push({});