Azərbaycanlı məşhur qadın müğənninin qızı ilə SEVGİLİDİR?


Şou-biznes 30 Avq 2019 17:36:00 218 0

Azərbaycanlı məşhur qadın müğənninin qızı ilə SEVGİLİDİR?

"Bir söz demək istəyirəm ki, buradan Günaya da deyim - Dedilər ki, Rəvanın bir müğənni xanımın qızı ilə şəxsi münasibəti var. Yalan söhbətdir. Elşad müəllim bunu mənə danışdı. Dedi ki, kimsə kiminləsə işləyirsə, o demək deyil ki, arada nəsə var".

Son.az xəbər verir ki, bunu aparıcı Tarix Əliyev (Tolik) "Hər şey daxil"in efirində iki dəfə ailəsi dağılan Rəvan Qarayev barədə dolaşan "sevgili" söz-söhbətindan danışarkən deyib.

Onun bu ifadəsini verilişin qonaqları Rəvan və atası Elşad Qarayev də təsdiq ediblər.

Xatırladaq ki, müğənninin keçmiş həyat yoldaşı Günay Rəvanın yeni sevgilisi barədə bunları demişdi:

"Hazırda qeyri-rəsmi yaşadığı bir insan var. Qızım onlara görə psixoloji problemlər yaşayır. Rəvan gəlir uşağı aparır. Xalidə orada qalanda iki gün ərzində həmin qız telefonu söndürür, ona zəng çatmır. Həmin qadın uşağı mənimlə danışmağa qoymur. Uşaq gəlir deyir ki, məni otaqdan qovdu və dedi ki, atanla otağıma girmə. Xalidə evdə ağlayır, əsir, beyni pozulub. Rəvanın şəxsi həyatına qarışmıram. Kiminlə istəyir yaşaya bilər. Qız mənə mesajlar yazır ki, Rəvana yığmayın. Onlar haqda polis idarəsinə şikayət etmişəm. İzahatlarını alıblar. Uşağım travma alıb, onun qarşısında qeyri-etik hərəkətlər ediblər".

(adsgarden = window.adsgarden || []).push({});