Eyni məkanda üzüzə gəlib, birbirini danışdırmadılar


Şou-biznes 30 Avq 2019 16:09:00 256 0

Eyni məkanda üzüzə gəlib, birbirini danışdırmadılar

Aparıcı Afaq Gəncəlinin qardaşının toy məclisində bir çox maraqlı anlar yaşanıb.

Son.az axşam.az-a istinadən bildirir ki, şou-biznesin tanınmış simalarının yer aldığı gecədə bir çox küsülü müğənni də üz-üzə gəliblər.

Toyun ən diqqətçəkən simaları Xalq artisti Aygün Kazımova və Əməkdar artist Röya Ayxan olub. Bir-birindən uzaq masalarda əyləşdirilən ifaçılar dostlarını başına yığaraq əyləniblər.

Röya dostları Əməkdar artist Miri Yusif, müğənni Zamiq Hüseynov, stilist Elnur Həsənov, aktyor Elşən Orucovla eyni masada oturub, əylənib.

Kazımova isə müğənni Rəhim Rəhimli, şair Calal Qurbanovla başqa bir masada əyləşib. Məclisdə Rəhimlə Röyanın da soyuq münasibəti diqqətdən qaçmayıb.

Röyanın yan masasında isə küsülü olduğu Nigar Camal əyləşib.