Üzgüçülük üzrə dünya rekordçusu suda boğuldu


Dünya 30 Avq 2019 15:34:00 240 0

Üzgüçülük üzrə dünya rekordçusu suda boğuldu

Soyuq suda üzgüçülük üzrə dünya rekordçusu Nikolay Petşak Yenisey çayında boğularaq ölüb.

Son.az bu haqda oxu.az-a istinadən xəbər verir.

Nəşrin məlumatına əsasən, "Meqapolüs" idman-sağlamlıq mərkəzinin direktoru Nikolay Petşak avqustdun 27-də Krasnoyarskda Yenisey çayında məşq zamanı boğulub.

Berinq boğazı üzərindən üzgüçülük yarışmasının iştirakçısı, soyuq suda üzgüçülük üzrə dünya çempionu və rekordçusu olan 64 yaşlı Nikolay Leonardoviç ömrünün 40 ilindən çoxunu soyuq suda üzgüçülüyə həsr edib.

Məşhur idmançıyla vidalaşma mərasimi bu gün - avqustun 30-da keçiriləcək.

Nikolay Petşak 7 may 1955-ci il tarixində dünyaya gəlib. 1994-cü ildə o, soyuq suda qalma üzrə dünya rekordunu qırıb. 2012-ci ildə soyuq suda üzgüçülük üzrə dünya çempionu olub.