Rəvan keçmiş arvadı ilə bağlı İLK DƏFƏ DANIŞDI:


Şou-biznes 30 Avq 2019 15:19:00 197 0

Rəvan keçmiş arvadı ilə bağlı İLK DƏFƏ DANIŞDI:

Müğənni Rəvan Qarayev sabiq həyat yoldaşı Günayla bağlı "Hər şey daxil"də açıqlamalar edib.

Son.az xəbər verir ki, Rəvan keçmiş arvadı barədə ilk dəfə danışacağını diqqətə çatdırıb.

Müğənni Günayı daha sevmədiyini də efir vasitəsi ilə etiraf edib:

"Mən ümumiyyətlə heç vaxt onun haqqında heç nə danışmamışam. Bu gün qısa da olsa açıqlama verəcəm.

Məni onunla atam zorla evləndirməmişdi. El adəti ilə elçi getmişik. Allah onu da xoşbəxt eləsin. Ən azından uşağımın anasıdır. Artıq sevmirəm onu. Məndə daha ona qarşı heç bir şey yoxdur".

Elşad Qarayev keçmiş gəlini ilə aralarında baş verən qalmaqala belə son qoyub:

"Polisə verəcəm desəm də vermədim. Oldu bitdi! Deyir, hisrli başda ağıl olmaz. İndi o da hirslənib elə deyib. Amma, yenə hər şey öz qaydasındadır". 

Xatırladaq ki, Günay həftələr öncə sözügedən proqrama zəng edərək "Rəvanla beş il evli olmuşuq. Ondan boşananda heç bir şey tələb etməmişəm. Dövlət qızım Xalidəyə görə 200 manat aliment kəsib. Ona sual verirəm ki, gündə restoranda 200 manat hesab ödəyirsən, qızına isə aylıq 200 manat göndərirsən. Bu pulla uşağı geyindirim, bağçasının pulunu ödəyim, ya yeməyini təmin edim?" demişdi. Qarşı tərəfdən Elşad Qarayev keçmiş gəlinin ittihamına "Rəvan onlara 1500-2000 manat pul xərcləyirdi. Bunun qarşısını aldım, ayda yalnız onlara aliment ödətdirirəm. Aliment 200 manat deyil, 300 manatdır, yalan deyir. Məndə onun ailəli olduğu məqamlardakl tərbiyəsiz səs yazıları var. Rəvan subay adamdır. Deyir ki, oğlum uşağı kiminsə yanına aparıb. Yalandır. Uşağın telefonu bağlıdır, mən bağlamışam, çünki oyun oynayırıq. Burada nə var ki? Nə deyirsə, yalandır. İndi mən özüm polisə şikayət edəcəm" cavabını vermişdi.

(adsgarden = window.adsgarden || []).push({});