Dövlət Gömrük Komitəsinin rəhbərliyi Masallı, Yardımlı və Lerik rayonlarında vətəndaşları qəbul edib


Digərləri 30 Avq 2019 14:08:34 188 0

Dövlət Gömrük Komitəsinin rəhbərliyi Masallı, Yardımlı və Lerik rayonlarında vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin rəhbərliyi Masallı, Lənkəran, Yardımlı və Lerik rayonlarının sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib.

Bakı. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər. Trend-in məlumatına görə, avqustun 30-da Dövlət Gömrük Komitəsinin rəhbərliyi Masallı, Lənkəran, Yardımlı və Lerik rayonlarının sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib. Həmin gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Masallı şəhərində Masallı və Lənkəran rayonlarından olan vətəndaşları qəbul edib. Dövlət Gömrük Komitəsinin sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Masallı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.