Bakıda tikinti və istismara icazələr üzrə "Bir pəncərə" və özünəxidmət mərkəzinin təqdimatı keçirilib


Digərləri 30 Avq 2019 12:59:31 202 0

Bakıda tikinti və istismara icazələr üzrə "Bir pəncərə" və özünəxidmət mərkəzinin təqdimatı keçirilib

Bakıda tikintiyə və istismara icazələr üzrə "Bir pəncərə" və özünəxidmət mərkəzinin təqdimatı keçirilib

Bakı. Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Bakı şəhərində “Bir pəncərə” prinsipi üzrə icazələrin verilməsi ilə tanışlıq üçün press-tur təşkil edilib. Trend-in məlumatına görə, press-tur çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə və istismara icazələr üzrə "Bir pəncərə" və özünəxidmət mərkəzinin təqdimatını keçirib. Komitə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə sistemi elektron şəkildə hazırlayıb və bu ilin əvvəlindən istifadəyə verib. Tədbirdə çıxış edən Komitə sədrinin müşaviri Rüfət Mahmud deyib ki, bu gün xidmətə müraciət edənlər sərbəst şəkildə, iş yerlərini tərk etmədən, tam rahat və elektron qaydada sənədlərini göndərə, müəyyən olunan vaxt ərzində tikintiyə icazələri əldə edə bilərlər: "Tikintiyə icazələrin verilməsi 15 gün ərzində, istismara icazələrin verilməsi isə 10 gün ərzində baş verir".