Quşla toqquşan layner təcili eniş etdi


Digərləri 30 Avq 2019 12:45:41 219 0

Quşla toqquşan layner təcili eniş etdi

"Ural Hava Yolları" nın təyyarəsi Sankt-Peterburq (Rusiya) - Xocalan (Tacikistan) marşrutu ilə Koltsovo hava limanına (Yekaterinburq) təcili eniş edib.

Bakı. "Ural Hava Yolları" nın təyyarəsi Sankt-Peterburq (Rusiya) - Xocalan (Tacikistan) marşrutu ilə Koltsovo hava limanına (Yekaterinburq) təcili eniş edib. Trend-in məlumatına görə, "U6-2641" təyyarəsi Yekaterinburq hava limanına enib. Ural Nəqliyyat Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, məcburi enişin səbəbi quşlarla toqquşma olub: "Təcili enişin səbəbi Sankt-Peterburq hava limanından havaya qalxarkən təyyarənin quş sürüsü ilə toqquşması olub. Təyyarə enişi zamanı xəsarət alan olmayıb. Laynerdə 193 sərnişin olub, onlardan 22-si uşaq, 4-ü ekipaj üzvüdür".