Qüdsdə nəhəng yeraltı qəbiristanlıq inşa edilir


Digərləri 30 Avq 2019 10:00:59 194 0

Qüdsdə nəhəng yeraltı qəbiristanlıq inşa edilir

Qüdsün yaxınlığındakı dağın altında nəhəng yeraltı qəbiristanlıq üçün 1,5 kilometrlik tunel inşa edilir.

Bakı. Qüdsün yaxınlığındakı dağın altında nəhəng yeraltı qəbiristanlıq üçün 1,5 kilometrlik tunel inşa edilir. Trend-in məlumatına görə, iş üç il ərzində aparılıb. Bildirilir ki, İsraildə dəfn üçün torpaq sahəsi artıq çatışmır. Bu səbəbdən də yeraltı qəbiristanlıqların inşasına qərar verilib. 8 min yer üçün nəzərdə tutulan bu qəbiristanlığın birinci hissənin açılışı 2019-cu ilin oktyabrına planlaşdırılıb. Qalan hissələrinin isə yaxın illərdə açılması nəzərdə tutulur.