Bakıda məktəbə gedəcək uşaqların 96 faizi artıq 1-ci sinfə qəbul olunub


Digərləri 30 Avq 2019 09:12:00 186 0

Bakıda məktəbə gedəcək uşaqların 96 faizi artıq 1-ci sinfə qəbul olunub

Bakıdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 96 faizi yerinə yetirilib.

Bakı. İlhamə İsabalayeva - Bakıdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 96 faizi yerinə yetirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, avqustun 28-nə (saat 17:30) olan məlumata əsasən, paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) üzrə 47 172 sorğu yerləşdirilib. Onlardan 44 038-i ümumi təhsil məktəblərini, 3 134-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 96 faizindən çoxdur.