Bakıda torpaqların konsolidasiyası ilə bağlı layihənin yekun seminarı keçirilib (FOTO)


Digərləri 30 Avq 2019 08:45:00 165 0

Bakıda torpaqların konsolidasiyası ilə bağlı layihənin yekun seminarı keçirilib (FOTO)

Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Texniki əməkdaşlıq proqramı çərçivəsində Salyan rayonunun Şorsulu kəndində “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə pilot layihənin hazırlanmasına dəstək” layihəsi üzrə icma inkişafına dair yekun seminar keçirilib

Bakı. Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Texniki əməkdaşlıq proqramı çərçivəsində Salyan rayonunun Şorsulu kəndində “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə pilot layihənin hazırlanmasına dəstək” layihəsi üzrə icma inkişafına dair yekun seminar keçirilib. Trend-in məlumatına görə, tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Azərbaycanda Meliorasiya və Su Təsərrüfatı ASC-nin məsul şəxsləri, yerli icra hakimiyyətiyyətinin nümayəndələri və fermerlər iştirak edib. İştirakçılara layihənin məqsəd və vəzifələri, torpaq sahələrinin konsolidasiyasının əhəmiyyəti, aktuallığı, qabaqcıl ölkələrin bu sahədə mövcud təcrübəsi barədə məlumatlar verilib. Daha sonra layihə çərçivəsində əldə olunan nəticələrlə bağlı təqdimat keçirilib. Seminar iştirakçılarına layihənin icrası zamanı əldə edilən təcrübə, bilik və bacarıqlar barədə məlumat verilib. Tədbirdə gələcəkdə layihənin nəticələrinin tətbiqi perspektivləri müzakirə olunub. Seminarda çıxış edən Layihənin Baş Texniki Eksperti Morten Hartvigsen bildirib ki, Azərbaycan fermer təsərrüfat strukturlarının yaxşılaşdırılmasına aparan bir yola qədəm qoyub: “Buna baxmayaraq, ölkənin torpaqların konsolidasiyası ilə bağlı fəaliyyətin genişləndirilməsi konsepsiyasını həyata keçirmək üçün əlavə beynəlxalq texniki yardıma ehtiyacı olacaq".