FaceApp proqramı hansı məlumatları ələ keçirir?


Digərləri 30 Avq 2019 08:15:00 229 0

FaceApp proqramı hansı məlumatları ələ keçirir?

Gənclər arasında kifayət qədər populyarlıq qazanan FaceApp proqramının zərərli tərəfləri bir neçə müddətdir müzakirə olunur.

Proqramın kompüter və smartfonlarda şəxsi məlumatları ələ keçirməsi dünyanın əksər ölkələrində narahatlıq doğurub. Ayrı-ayrı ölkələrin aidiyyəti dövlət qurumları və qeyri-hökumət təşkilatları, o cümlədən araşdırma mərkəzləri ictimaiyyəti bu proqrama aludə olmamağa çağırıb.

Azərbaycanda da kompüter və smartfon istifadəçilərinin kifayət qədər olduğunu nəzərə alsaq, FaceApp proqramının zərərləri ilə bağlı rəsmi xəbərdarlıqların edilməsi gözlənilməz olmadı. Bu barədə Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi vətəndaşları xəbərdar etdi.

Nazirlik, ümumiyyətlə, kompüterə və ya smartfona yüklənən proqramlara, o cümlədən brauzerdəki genişləndirmələrə nəzər salmağı, istifadə edilməyən proqramları silməyi tövsiyə edir.

Bildirilib ki, müasir dövrdə texnologiya sahəsi sürətlə inkişaf etməkdədir. Yeni texnologiyaların işlənib hazırlanması və paralel olaraq kiberhücum metodlarının inkişaf etdirilməsi sistemlərinin təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi zərurətini yaradır.

Qeyd olunub ki, ideal təhlükəsizlik anlayışı yoxdur və faktiki olaraq hazırda qlobal məkanda təhdidlər kifayət qədər genişdir: "Məhz bu faktorları əsas götürdükdə mühitin təhlükəsizliyinin çoxpilləli mexanizm əsasında qurulması ən düzgün seçimdir".

"Müasir dövrdə gənclər internet şəbəkələrində yayılan oyunların və digər əyləncəli proqramların təhlükələrini nəzərə almırlar. Son zamanlar gənclərin sevimlisi olan şəkilləri qocaldan FaceApp mobil proqramı bu günlərdə sosial şəbəkələrdə, eləcə də AppStore və Google Play-də ən populyar proqramlardan biridir. Təkcə Google Play-də bu proqramı 50 milyondan çox istifadəçi yükləyib. Bu proqram insanları əyləndirir, istifadəçilərə yaşlananda necə olacaqlarını görmək imkanı verir və bu zaman real görüntülər yaradaraq milyonlarla insanın marağına səbəb olur. Populyarlığın əsas səbəbi də budur", - deyə məlumatda bildirilib.                          

(adsgarden = window.adsgarden || []).push({});