Xərçəngdən qoruyan pəhriz


Digərləri 29 Avq 2019 23:25:00 277 0

Xərçəngdən qoruyan pəhriz

Niderlandın Maastrixt Universitetinin alimləri iddia edirlər ki, Aralıq dənizi pəhrizi (Akdeniz diyeti) süd vəzisi xərçənginin ən ağır formasının yaranma riskini 40 faiz azaldır. Amerika Ürək Assosiasiyasının "Circulation" jurnalında Aralıq dənizi pəhrizinindigər pəhrizlərlə müqayisədə ürək xəstəliklərinin qarşısını daha çox aldığı və HDL xolesterolunu artırdığı qeyd olunub. HDL xolestrolu ürək, qan-damar xəstəlikləri riskini azaldır.

"National Geographic" jurnalı isə yazır ki, bu pəhriz ömrü uzadır və uzun ömürlü millətlərin pəhrizlərinə daxildir. Aralıq dənizi pəhrizi pəhrizdən daha çox sağlam yaşam tərzidir. Pəhrizə bu adın verilməsi Aralıq dənizi və Egey bölgəsindəki qidaların qəbulu ilə bağlıdır. Bu pəhriz özündə Yunanıstanın Kritregionunda və İtaliyanın cənubunda yaşayan insanların qidalanma vərdişlərini də ehtiva edir.

Aralıq dənizi pəhrizinə nə daxildir?

- Meyvə-tərəvəz, taxıl məhsulları, paxlalılar və yer fıstığı

- Kərə yağı, zeytun yağı və kanola yağı

- Yeməyi dadlandırmaq üçün duz yerinə otlardan və ədviyyatdan istifadə olunur

- Ayda bir neçə dəfə qırmızı ət qəbulu

- Həftədə ən azı iki dəfə balıq və quş ətləri yemək

- İstəyə bağlı olaraq az miqdarda qırmızı şərab içmək

- Daimi məşqlər etmək

"Akdeniz diyeti"nin faydaları hansılardır?

Aralıq dənizi pəhrizini hər kəs saxlaya bilər. Ziyanlı tərəfi olmadığı üçün tətbiqinə məhdudiyyət qoyulmur. Bu pəhrizi saxlayanların sağlamlığında hər hansı problemə rast gəlinməyib. Pəhrizə doymamış yağ turşularının, antioksidantların və yüksək lif tərkibli qidaların daxil olması beyin sağlamlığından tutmuş, həzm sisteminə qədər müsbət təsir edir.

- Alzheimer xəstəliyindən qoruyur

- Depressiya və parkinson riskini azaldır

- Xərçəngdən qoruyur

- İmmunitet sistemini gücləndirir

- Bağırsaqları müntəzəm olaraq işlədir və həzmsizlik problemini aradan qaldırır

- Ürək-damar sağlamlığı üçün faydalıdır

- Yüksək qan təzyiqi və pis xolesterolu azaltmağa kömək edir

- Diabet, infarkt riskini azaldır

- Sağlam şəkildə arıqlamağa yardım edir

- Arterioskleroz kimi problemləri azaldır

(adsgarden = window.adsgarden || []).push({});