Tərtər sakini Mingəçevirdə bıçaqlanıb


Digərləri 29 Avq 2019 23:29:00 245 0

Tərtər sakini Mingəçevirdə bıçaqlanıb

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib. Son.az APA-ya istinadən xəbər verir ki, hadisə "Bağlar" yaşayış massivi ərazisində qeydə alınıb.

Belə ki, mübahisə və münaqişə zəmnində Tərtər rayon sakini, 1983-cü il təvəllüdlü Vüqar Nağıyev hələlik naməlum olan şəxs tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Əldə edilən ilkin məlumata əsasən, mübahisə mənzil kirayəsi üstündə baş verib.

Faktla bağlı araşdırma aparılır.