Dərinin ömürlük xəstəliyi: Bu əlamətlərə


Digərləri 29 Avq 2019 23:10:00 265 0

Dərinin ömürlük xəstəliyi: Bu əlamətlərə

Dərinin ömürlük xəstəliyi - psoriaz, əsasən, dərinin zədələnməsi ilə müşahidə olunan mürəkkəb xroniki qeyri-infeksion xəstəlikdir.

Psoriaz zamanı dərinin üzərində boz və ya ağ pulcuqlarla örtülmüş, həddən artıq quru, qırmızı və dəri səthindən qabarmış ləkələr əmələ gəlir. Bu ləkələr psoriatik ləkələr adlanır. Psoriatik ləkələr, əsasən, bədənin daha çox sürtünməyə və ya təzyiqə məruz qalan zonalarında - diz, dirsək və sağrı nahiyələrində yaranır. Psoriaz əlin içi, ayağın altı və xarici cinsiyyət üzvlərindən başqa, istənilən nahiyədə də yarana bilər. Səpgilər əvvəl kiçik olur, sonra böyüyür, bir-biri ilə birləşir. Qaşınır, çatlar əmələ gəlir, qanaxma olur.

Psoriazın 4 növü var:

Vulqar və ya sadə psoriaz (psoriasis vulgaris)

Pustular psoriaz (pustular psoriasis)

Damcıyabənzər və nöqtəli psoriaz (guttate psoriasis)

Bükülən səthlərin psoriazı (fleksural psoriasis)

Son.az e-tibb.az-a istinadən bildirir ki, xəstəlik dalğavari gedişə malikdir, alkoqol qəbulu, siqaret, stress, bəzi dərman preparatları və interkurrent infeksiyaların təsirindən kəskinləşir, residivləşir, bəzən də spontan sağalma müşahidə edilir. Xəstəliyin ağırlıq dərəcəsi müxtəlif ola bilər, belə ki, psoriatik ləkələr kiçik lokal zonadan başlamış bütün bədən səthinə kimi hər yeri tutur. Nəinki dəri səthi, hətta dırnaqlar da prosesə cəlb oluna bilər, bu zaman dırnaqların rəngi saralır, ağarır və ya bozarır, yaxud tamamilə sıradan çıxır. Bundan əlavə, psoriatik artropatiya, yəni oynaqların psoriaz mənşəli zədələnməsinə xəstələrin 10-15%-də rast gəlinir. Psoriatik spondilit zamanı isə prosesə fəqərələr də cəlb olunur.

Psoriazın yaranma və inkişaf etmə səbəbləri indiyə kimi tam müəyyən olunmayıb. Belə güman olunur ki, xəstəlik autoimmun təbiətlidir. Yəni, immun sistemində olan bəzi dəyişikliklər psoriazın inkişafına səbəb ola bilər. Lakin irsiyyət, genetik faktor da xəstəliyin yaranmasında və inkişafında böyük rol oynayır. Əgər valideynlər bu xəstəlikdən əziyyət çəkirlərsə, uşaqlarda psoriazın inkişaf riski 50% artmış olur. Psoriaz xəstəliyinə meylliliyi müəyyən edən 9 gen lokusu (PSORS1 - PSORS9) aşkar edilib.

(adsgarden = window.adsgarden || []).push({});