Sürətlə arıqladan


Digərləri 29 Avq 2019 20:55:00 263 0

Sürətlə arıqladan

Türkiyəli dietoloq Ender Saraç xiyar yeməklə 3 gün ərzində 1 kiloqram arıqlamağın mümkün olduğunu iddia edir. Arıqlamaq istəyənlər üçün xiyar pəhrizini təqdim edirik.

1-ci gün   Səhər: 2 xiyar və bir stəkan ilıq limonlu su  

Birinci ara pay: 2 xiyar, bir stəkan ayran  

Nahar yeməyi: 1 kasa qatığın içərisinə 1 çay qaşığı zəncəfil, orta boy dilimlənmiş, qaynadılmış 3balqabaq qataraq yeyin.   İkinci ara pay: 3 qoz, 3 xiyar.   Üçüncü ara pay: 1 yaşıl alma   Axşam yeməyi: Bir boşqab zeytun yağlı balqabaq, 4 yemək qaşığı yarma plovu (mümkün qədər erkən saatda yeyin)   Gecə: 2 xiyar   2-ci gün   Səhər: Ballı, limonlu ilıq su, 2 xiyar, 2 dilim yağsız pendir   Birinci ara pay: 1 kivi, 4-5 çiyələk.   Nahar yeməyi: Bir boşqab az yağlı qıyma ilə hazırlanmış balqabaq, 1 dilim qızarmış çovdar çörəyi.   İkinci ara pay: 1 stəkan az yağlı keçi südü, 2 qoz.   Axşam yeməyi: 2 xiyar, 1 yumurta, 2 acı bibər (mümkün qədər erkən saatlarda yeyin)   Gecə: 2 xiyar   3-cü gün   Səhər: 1 stəkan ilıq, ballı, limonlu su, 2 xiyar, 2 şorba qaşığı az duzlu pendir.   Birinci ara pay: 1 yaşıl alma.   Nahar yeməyi: 1 kasa yaşıl mərcimək, 1 boşqab zeytun yağlı balqabaq.   İkinci ara pay: 2 xiyar.   Üçüncü ara pay: 1 stəkan ilıq, yağsız südün içinə zəncəfil əlavə edib için, yanında 2 qoz.   Axşam yeməyi: 1 kasa bol xiyar, yağsız qatıq, 3 yumurta ağı ilə acı bibərli omlet (mümkün qədər erkən saatlarda yeyin)   Gecə: Bir ovuc ləbləbi, 2 xiyar.

(adsgarden = window.adsgarden || []).push({});