Spermanın tərkibinə müsbət təsir edən


Digərləri 29 Avq 2019 20:33:00 312 0

Spermanın tərkibinə müsbət təsir edən

Bir çox vitamin və mineralı özündə birləşdirən püstə yaşlanmanı gecikdirir. Son.az medicina.az-a istinadən bildirir ki, təbii proses olan qocalma ətraf mühit amillərinin təsirindən tez başlaya bilər. Bunun qarşısını almaq üçün bir çox təbii qidalar mövcuddur.

Püstə də onlardan biridir. A, B qrupu, C, E, PP vitaminləri, mis, maqnezium, selen, kalium mineralları  olan bu çərəz sinir sistemi üçün çox faydalıdır. Püstə zehni fəaliyyəti yaxşılaşdırır, hüceyrələrin sağlam bölünməsini və böyüməsini təmin edir.   Eyni zamanda, ürək-damar, ağciyər və göz xəstəliklərinin müalicəsində də istifadə edilir. Hər gün bir ovuc püstə sizi gün boyu enerji ilə təmin edəcək. Püstə çox faydalı və müalicəvi məhsuldur.

- Püstə sinir sistemi üçün çox faydalıdır - əqli fəaliyyəti və əhval-ruhiyyəni yaxşılaşdırır, streslə mübarizə etməyə kömək edir.  Əqli fəaliyyəti ilə məşğul olan insanlar mütləq püstəni öz rasionuna daxil etməlidir. Çinlilər püstəni "xoşbəxt qoz" adlandırırlar. Püstə həqiqətən əhval-ruhiyyəni yaxşılaşdırmaq qabiliyyətinə malikdir.

- Antioksidantlarla zəngin olan püstə orqanizmdə gedən dağılma və qocalma prosesləri ləngidir, hüceyrələrin cavanlığını qoruyur. Bu səbəbdən cavan və gümrah qalmaq istəyənlər mütləq püstə yeməlidir.

- Püstə nəfəs yollarına müsbət təsir edir.

- Püstənin tərkibində olan bəzi nadir maddələr gözlərin sağlamlığını qoruyur.

- Püstə ürəyin və damarların sağlamlığını qoruyur, qanda xolesterinin səviyyəsini aşağı salır.

- E vitamini ilə zəngin olan püstə dərinin cavanlığı və sağlamlığı üçün çox faydalıdır.

(adsgarden = window.adsgarden || []).push({});