Azərbaycanda doğulan uşaqların sayı azalıb


Digərləri 29 Avq 2019 20:07:16 209 0

Azərbaycanda doğulan uşaqların sayı azalıb

Azərbaycanda doğulan uşaqların sayı, eləcə də ailədə 3, 4 və 5-ci uşağın doğulması halları azalıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda doğulan uşaqların sayı, eləcə də ailədə 3, 4 və 5-ci uşağın doğulması halları azalıb. Trend-in məlumatına görə, 2018-ci ildə ölkədə 138 min 982 uşaq dünyaya gəlib ki, bu rəqəm 2000-ci illə (116 min 994 uşaq) müqayisədə çox olsa da, 2005-ci illə (141 min 901 uşaq) müqayisədə azdır. Ötən illər üzrə götürdükdə ən çox uşaq 176 min 72 olmaqla, 2011-ci ildə dünyaya gəlib. 2011-2014-cü illər ərzində doğulan uşaqların sayı 170 mindən az olmasa da, 2015-ci ildən başlayaraq, bu say getdikcə azalmağa başlayıb. 2015-ci ildə diri doğulanların sayı 166 min 210, 2016-cı ildə 159 min 464, 2017-ci ildə 144 min 41, 2018-ci ildə 138 min 982 olub. Maraqlıdır ki, 2011-ci ildə doğulan uşaqların sayının çox olmasına baxmayaraq, ailədə doğulan 3 və 4-cü uşaqların sayı son dövrlərlə müqayisədə elə də çox olmayıb. Ümumilikdə son illər ərzində ailədə 3 və 4-cü uşaqların doğulması hallarının azalması tendensiyası müşahidə edilir.