Barselonada 90-dan çox aviareys ləğv edildi


Digərləri 29 Avq 2019 19:39:00 208 0

Barselonada 90-dan çox aviareys ləğv edildi

"Vueling" aviaşirkəti avqustun 30 və 31-də İspaniyanın "İberia" aviaşirkətinin yerüstü işçilərinin Barselonada tətil etməsi səbəbindən ən az 92 uçuşu təxirə salıb.

Bakı. İspaniyanın "Vueling" aviaşirkəti avqustun 30 və 31-də "İberia" aviaşirkətinin yerüstü işçilərinin Barselonada tətil etməsi səbəbindən ən azı 92 uçuşu təxirə salıb. Trend-in məlumatına görə, "Vueling" cümə günü 54, şənbə günü isə 38 reysi ləğv etmək qərarına gəlib. Şirkət tətilin təxminən 14 min sərnişinə təsir edəcəyini təxmin edir. "İberia"nın yerüstü işçilərinin sayı təxminən 2,5 min nəfərdir. Qeyd edək ki, "İberia" işçilərinin bundan əvvəlki tətili 24 və 25 avqustda baş verib. Nəticədə 100-dən çox reys ləğv edilib. Şirkət işçiləri daha yaxşı iş şəraiti tələb edirlər.