Bryansk şirkətləri Azərbaycanda iş ortaqları axtarır


Digərləri 29 Avq 2019 19:09:44 272 0

Bryansk şirkətləri Azərbaycanda iş ortaqları axtarır

Rusiyanın Bryansk vilayətinin dörd şirkəti Bakıda öz potensiallarını nümayiş etdiriblər.

Bakı. Kəmalə Məmmədli - Rusiyanın Bryansk vilayətinin dörd şirkəti Bakıda öz potensiallarını nümayiş etdirib. Trend-in məlumatına görə, rusiyalı sahibkarların iş missiyası çərçivəsində "Bryansk Gurme" zavodu, "Rusiya Armor", "Epatazh reklam agentliyi və "Lessorb" şirkəti Azərbaycana gəlib. "Rusiya Armor" qida sənayesi üçün əsasən paslanmayan poladdan geniş çeşidli avadanlıq təqdim edir. "Bryansk Gurme" zavodu uşaq qidası istehsalı ilə məşğuldur və məhsullarını Azərbaycan bazarına çatdırmaqda maraqlıdır. Öz növbəsində "Lessorb" şirkəti Azərbaycanın neft və qaz sektoru ilə əməkdaşlığa yönəlib. Şirkət neft və neft məhsullarının itkiyə getməməsi üçün avadanlıqlar, o cümlədən köməkçi alətlər (su gəmiləri, təkanların quraşdırılması üçün avadanlıqlar, texnoloji alətlər və s.) istehsal edir.