Britaniyanın benqallara yaşatdığı dəhşətli aclıq


Digərləri 29 Avq 2019 18:59:00 225 0

Britaniyanın benqallara yaşatdığı dəhşətli aclıq

Sivil, humanist, demokratik Qərb barədə danışanda gülümsəyirəm. Tarix də inadkardır.

Sadəcə, bu fotolara baxın.

Yəni Qərbi Benqaliyadakı aclıq... Hindistan əyaləti olan Benqaliyanın 60,3 milyonluq əhalisinin 9 milyon nəfəri aclıqdan öldü.

İlkin səbəb İkinci Dünya Müharibəsi illərindəki düyü qıtlığı idi. Benqaliyada 3 növdə düyü becərilirdi. Qışda "aman", payızda "aus", baharda "boro". Aman düyü istehsalının 71 faizini təşkil edirdi. Amma 1942-ci ilin qışındakı güclü qasırğalar Benqaliyanın cənubundakı sahilyanı bölgələrdə amanın əksəriyyətini məhv etdi. Daha sonra yağışlar və sellər yerdə qalan məhsulun da axırına çıxdı.

Sonda da çəltik tarlaları göbələyə yoluxdu və az qalmış məhsulun 90 faizi də belə məhv oldu.

Birmanın yapon işğalında olması, məhsulun məhvi düyünün qiymətini 6 dəfə qaldırdı. Qıtlıq yarandı.

Britaniyanın müstəmləkə administrasiyası ac qalmış benqallara yardım etmək əvəzinə anbarlarda qalmış son 80 min ton düyünü də apardı.

(adsgarden = window.adsgarden || []).push({});