Vəziyyət yenə qarışacaq: Ərdoğan "Su35" və "Su57" təyyarələrinə göz dikib


Dünya 29 Avq 2019 18:44:00 240 0

Vəziyyət yenə qarışacaq: Ərdoğan "Su35" və "Su57" təyyarələrinə göz dikib

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ölkəsinin Amerika istehsalı olan "F-35" qırıcılarının əvəzinə Rusiyadan "Su-35" və "Su-57" döyüş təyyarələrini alacağı ehtimalını istisna etməyib, "NTV" telekanalı bildirir.   

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, avqustun 27-də Türkiyə lideri rusiyalı həmkarı Vladimir Putinlə birlikdə Jukovski hava limanında keçirilən "MAKS-2019" aviakosmik sərgisinə baş çəkib. Tədbir zamanı Ərdoğan Rusiya istehsalı olan hərbi təyyarələri baxışdan keçirib.

"Niyə də olmasın? Bura boşu-boşuna gəlməmişik ki. ABŞ-ın ("F-35" ilə bağlı - red.) son qərarını öyrənəndən sonra öz addımlarımızı atacağıq. ... Özümüzü lazım olan şeylərlə təmin etməyə imkan verən bazar böyükdür" - Ərdoğan deyib.

Qeyd edək ki, bir müddət öncə Türkiyənin Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini almasına cavab olaraq Vaşinqton Ankaranı "F-35" proqramından çıxarıb.

Avqustun 28-də Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev bildirdib ki, Türkiyə "Su-35" və "Su-57" təyyarələrinə maraq göstərib.