“İçki içmirəm, amma çəkirəm, həvəskarıyam” Bakıda reyd zamanı saxlanılan narkoman SÜRÜCÜ


Digərləri 29 Avq 2019 18:19:00 229 0

“İçki içmirəm, amma çəkirəm, həvəskarıyam”  Bakıda reyd zamanı saxlanılan narkoman SÜRÜCÜ

Paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş tədbir Binəqədi ərazisindən başladı. Son.az ARB TV-yə istinadən xəbər verir ki, Bakının hər yerində olduğu kimi burada da həyatını təhlükəyə atan piyadalar az deyil. Günün pik saatlarında hərəkətin intensivliyindən istifadə edərək dilənçilik edən şəxslər də polislərin gözündən yayınmadı. Azyaşlıya tütün məmulatı satan obyekt də ifşa olunanlar arasında idi. Adi qaydaya görə, bilmədiyimiz məqamları isə yol polisi üzə çıxardı. Qayda pozan və əmrə tabe olmayanları saxladıqca üzə çıxdı ki, aralarında sərxoş olan, uyuşdurucu maddənin təsirinə düşən onlarla sürücü var. Saxlanılan sürücü: "İçən deyiləm amma narkotikin həvəskarıyam. İçkili deyiləm. Hal-hazırda istifadə etmişəm" Tədbirin pik nöqtəsi isə Binəqədi polisinin 1 kq narkotik vasitəni dövriyyədən çıxarması oldu. 34 yaşlı paytaxt sakini Ceyhun İsayev avtomobilində saxlanılan zaman üzərindən və nəqliyyat vasitəsindən müxtəlik tərkibli psixotrop maddələr aşkar edildi. Bu kimi tədbirlərin ictimai təhlükəsizliyin təmin edilməsində əhəmiyyətini nəzərə alan paytaxt polisi reydlərini davam etdirəcək.

Son.az