Demokratiya Naminə İnqilab Komitəsinin üzvü təşkilatdan uzaqlaşması barədə bəyanat verib


Digərləri 29 Avq 2019 17:50:00 216 0

Demokratiya Naminə İnqilab Komitəsinin üzvü təşkilatdan uzaqlaşması barədə bəyanat verib

Demokratiya Naminə İnqilab Komitəsi adı altında yaradıldığı bildirilən dərnək üzvü Mahmud Əhmədli həmin təşkilatın üzvlüyündən rəsmi olaraq çıxması ilə bağlı bəyanat verib.

Bakı. Samir Əli - Demokratiya Naminə İnqilab Komitəsi adı altında yaradıldığı bildirilən dərnək üzvü Mahmud Əhmədli həmin təşkilatın üzvlüyündən rəsmi olaraq çıxması ilə bağlı bəyanat verib. Trend-in məlumatına görə, M.Əhmədli bəyanatında qeyd edib ki, təşkilata həmin adın qoyulmasına ilk gündən etiraz edib: "Mən hər zaman ölkədə yaradılmış sabitliyin qorunmasının tərəfdarı olmuşam”. İlk gündən layihənin üzvləri arasında fikir ayrılığı olduğunu vurğulayan M.Əhmədli təşkilatın çox davam etməyərək tezliklə dağılacağını qeyd edir. M.Əhmədli avqustun 29-da təşkilatın üzvlüyündən rəsmi olaraq çıxmağı barədə rəsmi bəyanat verib.