Ağsuda dağlıq ərazidə yanğın başladı, əraziyə helikopter cəlb edildi


Digərləri 29 Avq 2019 15:09:00 265 0

Ağsuda dağlıq ərazidə yanğın başladı, əraziyə helikopter cəlb edildi

Ağsu rayonunda dağlıq ərazidə yanğın başlayıb

Bakı. Samir Əli - Ağsu rayonunda dağlıq ərazidə yanğın başlayıb. Rayon Icra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hadisə rayonun Xanbulaq kəndi ərazisində baş verib. Ərazi dağlıq sahə olduğundan yanğının qarşısını qısa müddətdə almaq mümkün olmayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin helikopteri, canlı qüvvə və texnikaları cəlb edilib.