Şabranda e.ə. IV-III minilliyə aid abidədə yeni tapıntılar aşkarlanıb (FOTO)


Digərləri 29 Avq 2019 14:28:59 219 0

Şabranda e.ə. IV-III minilliyə aid abidədə yeni tapıntılar aşkarlanıb (FOTO)

Şabran rayonu ərazisində yerləşən e.ə. IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntılar zamanı yeni tapıntılar aşkar edilib.

Bakı. İlhamə İsabalayeva - AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyası Şabran rayonu ərazisində yerləşən e.ə. IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntılar zamanı yeni tapıntılar aşkar edib. İnstitutdan Trend-ə verilən məlumata görə, tapıntılara üzəri yüngül konstruksiya ilə örtülmüş dairəvi evləri göstərmək olar. Bu evlərin içərisində erkən tunc dövrünə aid manqal aşkarlanıb ki, bu tip manqallara da Kür-Araz mədəniyyətinin yayıldığı bütün ərazilərdə rast gəlinir. Bundan başqa, qazıntı sahəsinin qərb hissəsində divarları çay daşları ilə hörülmüş dairəvi ev qalığı, həmçinin üç ədəd təsərrüfat quyusu aşkar olundu. Tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri sırasında çox sayda əmək alətləri, dən və çaxmaq daşları, ox ucluqları, oraq dişləri və bir ədəd küpə tipli bütöv qab da var.