13 mindən artıq azarkeş "Qarabağ" - "Linfild" oyununu stadiondan izləyəcək


Digərləri 29 Avq 2019 12:46:00 240 0

13 mindən artıq azarkeş "Qarabağ" - "Linfild" oyununu stadiondan izləyəcək

UEFA Avropa Liqasında iştirak edən təmsilçimiz “Qarabağ” bu gün pley-off mərhələsinin cavab oyunları çərçivəsində Şimali İrlandiyanın “Linfild” klubu ilə qarşılaşacaq.

Bakı. Ceyhun Ələkbərov - UEFA Avropa Liqasında iştirak edən təmsilçimiz “Qarabağ” bu gün pley-off mərhələsinin cavab oyunları çərçivəsində Şimali İrlandiyanın “Linfild” klubu ilə qarşılaşacaq. Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu günkü oyuna artıq 13 min bilet satışı olub. Bu barədə "Qarabağ" klubu öz rəsmi facebook səhifəsində bildirib. Qeyd edək ki, saat 20:00 başlayacaq oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.