Türkiyə HHQ-nin nümayəndələri Azərbaycana gəlib


Digərləri 29 Avq 2019 11:39:45 199 0

Türkiyə HHQ-nin nümayəndələri Azərbaycana gəlib

“TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti ölkəmizə gəlib.

Bakı. “TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti ölkəmizə gəlib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Təlimlər sentyabrın 2-dən 16-dək keçiriləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin