Ukraynanı xatırlayıb göz yaşlarına boğuldu


Digərləri 29 Avq 2019 10:44:00 227 0

Ukraynanı xatırlayıb göz yaşlarına boğuldu

Məşhur Rusiya müğənnisi Lolita Milyavskaya Soçi şəhərində keçirilən "Novaya volna" ("Yeni dalğa") festivalının səhnəsində hisslərinə hakim ola bilməyib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, məşq zamanı Anjelika Varumun "Qorodok" hitini ifa edən ifaçı göz yaşlarına boğulub. Buna səbəb doğma şəhərə qayıdışdan bəhs edən mahnı sözlərinin müğənniyə təsir etməsi olub.  Doğulduğu Ukraynanı xatırlayan Lolita duyğulu anlar yaşayıb.

Varum həmkarını sakitləşdirmək üçün ona yaxınlaşıb. İnstaqram hesabında Lolita ilə şəklini paylaşan Anjelika ona mənəvi dəstək olub.

Xatırladaq ki, L. Milyavskaya Ukraynanın Mukaçevo şəhərində anadan olub, amma orada çox yaşamayıb. İllər sonra, 2013-cü ildə o, doğma evini axtarıb tapa bilib.

(adsgarden = window.adsgarden || []).push({});