Türkiyədə on min nəfərə jurnalist vəsiqəsi verilib


Dünya 29 Avq 2019 08:13:00 307 0

Türkiyədə on min nəfərə jurnalist vəsiqəsi verilib

Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsi tərəfindən cari ildə 10 min nəfərə jurnalist vəsiqəsi verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  bu məlumatı ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun yerli KİV-lərə açıqlayıb. Onun sözlərinə görə, hazırda iş yerini dəyişən, yeni fəaliyyətə başlayan, jurnalist vəsiqəsini itirən və digər səbəblərdən olan müraciətlərə də baxılır. Qurum tərəfindən KİV nümayəndələrinə və onların fəaliyyətinə etibarı artırmaq üçün əsaslı islahatlar aparır.

Həmçinin Türkiyədə media orqanlarının və jurnalistlərin fəaliyyətinin idarə olunmasında yeniliklər baş verib. Bu vaxta qədər Türkiyədə KİV nümayəndələrinin "Sarı basın kartı" kimi məşhur olan jurnalist vəsiqələrinin forma və rəngi dəyişdirilib. Bu vəsiqələr KİV mənsublarına hər ilin əvvəlində bir il etibarlı olmaqla verilir.