Lənkəranda ağır qəza: çoxlu sayda xəsarət alanlar var


Digərləri 28 Avq 2019 22:26:23 201 0

Lənkəranda ağır qəza: çoxlu sayda xəsarət alanlar var

Səhiyyə Nazirliyi Lənkəranda baş verən yol nəqliyyat hadisəsi barədə məlumat yayıb

Bakı. Samir Əli - Səhiyyə Nazirliyi Lənkəranda baş verən yol nəqliyyat hadisəsi barədə məlumat yayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib. 24 nəfər müxtəlif xəsarətlərlə Lənkəran MRX-ya çatdırılıb. Onlardan 23-ü travmatologiya şöbəsinə, bir nəfər qadın isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.