Nəsimi polisi qaydaları pozan 161 sürücünü saxladı (FOTO)


Digərləri 28 Avq 2019 22:18:38 202 0

Nəsimi polisi qaydaları pozan 161 sürücünü saxladı (FOTO)

Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə əməliyyat-profilaktik, profilaktik-maarifləndimə tədbirləri davam etdirilib

Bakı. Samir Əli - Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndimə tədbirləri davam etdirilib. Trend-in məlumatına görə, maarifləndirmə çərçivəsində Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşları da rayon ərazisində piyada keçidlərindən istifadə, qanunsuz parklanma, piyada səkilərində avtomobillərin qanunsuz saxlanılması və digər faktlara qarşı profilaktik tədbir keçirib. Trend-in əməkdaşının iştirakı ilə keçirilən tədbirdə qaydalara əməl etməyən piyada və sürücülər saxlanılaraq maarifləndirilib. Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru, polis leytenantı Ruslan Vəliyev bildirib ki, gün ərzində keçirilən profilaktik tədbirlər nəticəsində 93 nəfərdən artıq piyada müəyyən olunmuş yeraltı və yerüstü keçiddən istifadə etmədiyi üçün saxlanılıb. Onun sözlərinə görə, həmin piyadalar keçiddən istifadə qaydaları və keçiddən istifadənin vacibliyi barədə təlimatlandırılıb: