Pakistan Hindistan təyyarələri üçün hava məkanını tam bağlamağı düşünür


Dünya 28 Avq 2019 20:14:00 226 0

Pakistan Hindistan təyyarələri üçün hava məkanını tam bağlamağı düşünür

Pakistan Hindistan təyyarələri üçün hava məkanını tam bağlamağı düşünür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikir ölkənin Nazirlər Kabinetinin iclasında səslənib. İclasda Pakistanın quru yolu ilə Hindistandan Əfaqnıstana gedən ticarət maşınlarına da tam qadağa qoyulması fikri dəstəklənib.

Xatırladaq ki, avqustun 5-də Hindistan Prezidenti Ram Natx Kovind Pakistanla mübahisəli ərazi olan Cammu və Kəşmirə xüsusi status verilməsi maddəsini ləğv edib. Federal hökumətin təşəbbüsü ilə Cammu və Kəşmirin yerinə ştatdan az səlahiyyətləri olan iki ittifaq ərazisinin yaradılması nəzərdə tutulur. Bu təşəbbüs Hindistan parlamenti tərəfindən də dəstəklənib və bundan sonra Pakistan ilə münasibətlər daha da gərginləşib.

Son vaxtlar isə Pakistan Hindistan ilə diplomatik münasibətlərin gərginləşməsi fonunda ölkələr arasında ikitərəfli ticarət əlaqələrini dayandırıb. Tərəflər əvvəllər imzalanan bir sıra ikitərəfli sənədlərə yenidən baxmaq istədiklərini ifadə ediblər.