Brut, sən də?! İngiltərə dünyanı dollardan imtina etməyə çağırdı


Dünya 28 Avq 2019 19:09:00 308 0

Brut, sən də?!  İngiltərə dünyanı dollardan imtina etməyə çağırdı

Dünyanın ən nəhəng iqtisadiyyatları ehtiyat valyuta kimi dollardan imtina etməyə hazırdırlar. Bu dəfə isə İngiltərə Bankının sədri dünyanın mərkəzi banklarını dollara "qlobal alternativ" yaratmağa çağırıb.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, RİA Novosti mövzuya dair şərhində dollara rəqib ola biləcək "qlobal rəqəmsal valyuta" və digər alternativlərdən yazıb.

Xatırladaq ki, düz bir il əvvəl Dünya Bankının iqtisadçıları dünya üzrə dedollarlaşma prosesinin başladığını və bunu artıq dayandırmağın mümkün olmadığını bildirirdilər. 2008-ci ilin qlobal maliyyə böhranından etibarən dünyanın mərkəzi bankları öz ehtiyatlarında Amerika valyutasının payını 7 faiz azaldıblar. 2018-ci ildə isə inkişaf etməkdə olan ölkələr aktiv şəkildə ABŞ dollarlarını və istiqrazlarını satıblar. Onlardan bəziləri bunu öz valyutalarını möhkəmləndirmək məqsədilə, digərləri isə Vaşinqtonla olan münaqişə səbəbindən ediblər.

Lakin inkişaf etməkdə olan ölkələrlə yanaşı, inkişaf etmiş ölkələr də dollar aktivlərindən imtina etməyə başlayıblar: məsələn, apreldə Britaniya dəyəri 16,3 milyard dollar olan ABŞ istiqrazlarını satıb.

İndi isə görünür London bu məsələdə daha ciddi addımlar atmağa niyyətlidir.

İngiltərə Bankının sədri Mark Karni Kanzas Federal Ehtiyatlar Bankının Cekson Houlda baş tutmuş iqtisadi simpoziumunda çıxışı zamanı bildirib ki, dollar artıq qlobal ehtiyat valyutası statusuna layiq deyil və buna görə də dünyanın mərkəzi bankları birləşərək ona əvəz tapmalıdırlar.

Karni Amerika valyutasının qlobal ticarətdə əhəmiyyətinin "qeyri-adekvat dərəcədə artıq" olduğunu vurğulayıb və onun fikrincə, bu hal dünya iqtisadiyyatının sabitliyini pozur. O, əmindir ki, dolların qlobal ticarətdə və maliyyə sistemində hakim mövqe tutması inflyasiyaya nəzarətdə və stabilliyin təminatında problemlər yaradır.

Onun fikrincə, ehtiyat valyuta kimi dolların əvəzinə "qlobal rəqəmsal valyuta" qəbul edilməlidir. Karni hesab edir ki, belə bir valyuta ticarəti və beynəlxalq ödənişləri asanlaşdıracaq və dünya iqtisadiyyatının dollardan asılılığını azaldacaq.

(adsgarden = window.adsgarden || []).push({});