İspaniyada 17 körpə əczaçıların səhvi ucbatından xəstəliyə tutuldu


Digərləri 28 Avq 2019 17:46:00 183 0

İspaniyada 17 körpə əczaçıların səhvi ucbatından xəstəliyə tutuldu

İspaniyada 17 körpə əczaçıların səhvi üzündən hipertrikoz xəstəliyinə tutulub

Bakı. İspaniyada 17 körpə əczaçıların səhvi üzündən hipertrikoz xəstəliyinə tutulub. Trend-in məlumatına görə, əczaçılıq şirkəti səhvən saç tökülməsini stimullaşdıran bir vasitə olan minoksidili satdıqdan sonra hipertrikozun yayılması qeydə alınıb. Hazırda xəstəlik 17 yeni doğulmuş uşaqda qeydə alınıb. Bildirilir ki, Farma-Qumica Sur müəssisəsində daxili nasazlıq üzündən minoksidil dərman omeprazol əvəzinə satışa çıxarılıb. Nəticədə fabrik "dərman istehsalına nəzarət qaydalarında ciddi pozuntulara görə" qapadılıb.